Payızda piknik


Hamıya salam. Mən bu gün sizlərə payızda, meşədə keçirilən piknikdən yazmaq istəyirəm. Yayda olan kimi yaşıl olmayan ağaclar bir başqa gözəl görünür. Meşənin bir hissəsində qərarlaşıb çadır qurmaq fikrinə düşdük. Düzdür havada soyuqluq olsada, amma bizdəki həyacan və adrenalin bunu bizə hiss etdirmirdi

IMG-20211108-WA0007.jpg

Payızda meşənin öz gözəlliyi olur. Əsasən də torpağın üstü. Sanki yerə yarpaqlardan xalı sərilib. Həm yumşaq olur, həmdə ətirli. Bütün meşəni həm ağacların, həm torpağın, həm də yarpaqların spesifik ətri bürüyür. Hava qaralana kimi deyib, gülüb əylənirsən. Yeməyini, suyunu hər nə varsa yoldaşlarınla paylaşırsan və bu zaman çox gözəl ortam meydana çıxır

IMG-20211108-WA0008.jpg

Düzdür hər fəslin öz gözəlliyi var. Amma mənim ən sevdiyim fəsil payızdı. Çünki hava nə soyuq, nə də isti olur


Comments 0