Bir tətil hekayəsi..


Salam dəyərli, Steemit Azərbaycan ailəsi. Necəsiniz? Mən çox yaxşıyam. Axır ki son dəmləri olsa da gəlib payızın havasını uda bildim. Tətildə Bakıda qalmaq olmazdı təbii ki. Belə olduqda korona filan da yaddan çıxır.

IMG_20211106_164700.jpg

Düşünsənizə evə gəlirsiniz Qəbələnin olmazsa olmazı şabalıdlı aşı və yanında xiyar turşusu.
IMG-20211109-WA0043.jpg
Şabalıdsız da olmaz təbii ki.. Mən şabalıdı sevdiyim üçün anam mən gələn kimi şabalıd bişirir sobada.. ❤️
IMG-20211109-WA0044.jpg
Çox böyük bağımız var gəz gəz bitmir. Sarı yarpaqlar, ağacda qalan meyvələr..
IMG_20211109_110837.jpg
Və hələ də havalara inad açan çiçəklər. Necə də həyata tutunurlar.

IMG_20211109_110637.jpg
Rayona gəlmək ola xaş bişirmək olmaya..) Xaşı çox sevirəm. O ki, xaş bişir bütün qohum əqraba gəlir haa ən maraqlısı odur. Çox vaxt qulluq etməkdən heç yeməyə çatmıram. Anlamıram necə olur hər dəfə qab yumaq mənə düşür 😅. Evimizdə, sonra tələbəlik, indi də burda. Adım qabyuyan qadın olacaq.)) Kəndə gəlmək ola qohumlara getmək olmaya. Olmaz elə. Sırayla gedirik ki hamıya çataq, heç kim inciməsin. Havalar da buz kimi imiş. Bu havalarınki qalın geyinib, termosda çay götürüb meşəyə getməkdir. Yarpaqların səsi əsl terapiyadır. Heyif ki çatdıra bilmədik.
IMG_20211109_135045.jpg

Mənim qısa tətilim belə oldu. Siz nə etdiniz tətil günlərində?).


Comments 4


Day əməlli -başlı tətil etmisiz ha))

10.11.2021 12:33
0

Elə oldu biraz.))

10.11.2021 18:40
0

Fotolar superdir. Ürəyinizə sağlıq! 😊

10.11.2021 16:41
0

Çox təşəkkür edirəm. ❤️

10.11.2021 18:40
0